Memarliq.com – 10 yaş

Düz 10 il əvvəl bu gün memarliq.com bloqunun ilk postunu yayımlamışdım. 10 yaş münasibəti ilə yeni layihəyə start veririk - Dizayn söhbətləri. Aşağıdakı videoda formatın necə olacağı haqda bir neçə söz bildirmişəm. Sizin də fikirləriniz olarsa şərhlər bölməsində yazmağınızı xahiş edirəm. Xoş seyrlər :)
Ardını oxu →

Behance Portfoliolara Baxış tədbiri, 2016

Behance qlobal online portfolio şəbəkəsidir. Artıq Adobe şirkətinə məxsus olan sosial şəbəkə 2012-ci ildən etibarən dünyanın 80-dən çox ölkəsində ildə 2 dəfə - payızda və yazda Portfoliolara baxış həftəsi keçirir. İndiyəcən dünya üzrə 1500-ə yaxın sayda bu tədbir keçirilib. Azərbaycan isə 2013-cü ildən bu ailəyə qoşulub. 2016-cı ilin payız ayı üçün isə Memarlar Klubu olaraq tədbiri öz məkanımızda keçirməyi qərara aldıq.

1-cover

Tədbirin əsas məqsədi, offline şəkildə yaradıcı insanlarla, yaradıcılığa həvəsi olan insanların görüşünü təşkil etməkdir. Eyni zamanda müxtəlif insanlar arasında tanışlıq qurub sosiallaşmaq və yaradıcı insanların öz təcrübələrini izləyicilərlə bölüşmək məqsədi daşıyır.

(daha&helliip;)

Ardını oxu →

Let’s GObustan

qobustan Dövlət Tarixi - Bədii Qoruğunun Let's Gobustan layihəsi ilə birgə Memar Elvin ƏliyevMemarlar Klubu olaraq mən, Urfan Məmmədov 8 oktyabr, 2016-cı ildə "Litosfer" adlı təlim keçirdik. Təlimin məqsədi landşaft və onun təbii detallarını daha yaxından öyrənmək, onları hiss etmək və Qobustanın qədim enerjisini sinəmizə çəkmək idi.

294

Elvin Əliyev Rocks and Metals layihəsi ilə vizualizasiya sahəsində bir addım daha inkşaf edərək, Memarlıq obyekti ilə bütün landşaft elementlərini komputer qrafikası ilə vizuallaşdırdı. (daha&helliip;)

Ardını oxu →

Memarlıqda yaradıcılıq prosesi

Bu səfərki mövzunu Memarlıqda yaradıcılıq prosesinə həsr edirəm. Prosesin necə başa gəlməsindən xarici və yerli təhsilimə, xarici və yerli Memarlıq ofislərində iş təcrübəmə, eyni zamanda şəxsi iş təcrübəmə əsaslanaraq söhbət açacağam. Yaradıcılıq prosesi hər Memar üçün fərqli ola bilər, amma keçdiyim təcrübəyə əsaslanaraq ümumi istiqamətverici fikirlərimi və faktları sizlərlə bölüşəcəyəm. Bu məqalə tələbə və gənc Memarlar üçün daha yararlıdır. Məqaləm universiteti bitirib real Memarlıq sənayesinə düşən insanlar üçün bələdçi rolu oynayır.

[caption id="attachment_5411" align="aligncenter" width="656"]Sübhan Manafzadə Sübhan Manafzadə - flyingfoundations.tumblr.com[/caption]

Universiteti yeni bitirmiş Memarlara və ya son semestrlərini yaşayan tələbələrə məsləhətim odur ki, nə olur olsun bir şirkətə işə düzəlin. Bunun üçün maaşı bir kənara qoyub əsas hədəfinizi ‘öyrənmək’ edin. Bu yolla siz pulla və ya təhsillə ala bilməyəcəyiniz biliklər əldə edəcəksiniz. Bir çox Memarın da təstiqləyəcəyi kimi Memarlıq sənəti universitetdə öyrədilənlərlə realda baş verənlər arasında böyük fərqləri olan sənətdir. Əgər şirkətlərdə işə düzəlmək problem olarsa inşaatda işə düzəlin. Beləliklə Memarlığın ətini, qanını, canını hiss etmiş olacaqsınız ki, bunu da heç bir təhsil sistemində və ya ofis mühitində öyrənmək olmur.

(daha&helliip;)

Ardını oxu →

“AA visiting school Baku”

Architectural Association School of Architecture və ya qısa olaraq AA, dünya Memarlıq universitetlərinin reytinqində ilk sıralarda yerləşən Memarlıq məktəblərindən biridir. Əsası 1847-ci ildə qoyulmuş və məktəb, çoxsaylı dünya Memarlarının leksiyalarının keçirildiyi, dünya miqyaslı Memarların üzə çıxdığı, bəzilərinin AA-də dərs deməsi ilə tanınır.

1 - Cover

AA-in Memarlığa yanaşması daha çox elmi araşdırma xarakterlidir və tələbələrin layihələri daha çox gələcəyə hədəflənmiş Memarlıqdan ibarətdir. AA məktəbinda bakalavr və ya magistr pilləsinə yiyələnmək özüm də daxil olmaqla bir çox gənc Memarın arzusudur. AA məktəbi tək bakalavr və ya magistr proqramı yox, həm də "Ziyarət Məktəbi" kimi də fəaliyyət göstərir. Belə ki, indiyədək 60 fərqli şəhərdə keçirilən ənənəvi "AA visiting school"-un növbəti dayanacağı Bakı şəhəri oldu.

(daha&helliip;)

Ardını oxu →

“Yanan bina” haqda

Və ya "növbəti yanan bina". Bir Memar kimi bu hadisə ilə bağlı çox fikrimi soruşan oldu. Üstündən qısa vaxt keçdikdən sonra ümumi fikrimi bölüşəcəyəm.

1392462_1009137769098472_677912397730218815_n

Əvvəla bu hadisə hamı kimi məni də sarsıtdı. Fərqi yoxdur bu faciə həmvətənlərimə təsir edib ya yox, hətta ən uzaq ölkədə belə bu cür hadisə olsa insan sarsılır. Ələxsus da öz ölkəndə, yaşadığın yerin bir addımlığında faciənin reallığını tam dərk edirsən. Hadisə zamanı həlak olmuş həmvətənlərimin ailələrinə və yaxınlarına başsağılığı diləyirəm.

(daha&helliip;)

Ardını oxu →

“Renaissance Rendering”

Keçən mövzuda render qrafikası haqda söhbət açmışdıq. Yaxşı renderlərin xeyirli və yaradıcılıq cəhətdən kasad renderlərin ziyanlı tərəflərini vurğuladıq. Bir daha qeyd etmək istəyirəm ki, renderlərlə aram o qədər də yaxşı deyil, daha çox əl ilə Memarlıq qrafikasını üstün tuturam. Bu şəxsi yanaşmamdır, bunu məsləhət kimi qəbul etməyin. Amma yenə də renderin zəruriliyi məcbur edir ki, bu sahəni də öyrənəsən. Amma bir qədər fərqli. Bu fərqin yaranma səbəbində isə darıxdırıcı görünən məşğuliyyəti bir qədər maraqlı etmək dayanır.

Untitled-1

Render, layihəni əvvəlcədən görməyə kömək etsə də, dərinə ensək bir neçə başqa məqsədə də qulluq edir. Yəni gördüyün iş render də olsa, əl ilə də çəkilmiş olsa göstərmək istədiyin məqsədə uyğun olmalıdır. Bu günkü söhbət edəcəyimiz mövzu isə məqalənin adından da göründüyü kimi Renaissance Render barədədir. Bəs Renessans render nədir və nə məqsədə qulluq edir?

(daha&helliip;)

Ardını oxu →

Kompyuter yoxsa ənənəvi Memarlıq qrafikası?

Bu gün haqqında danışmaq istədiyim mövzu vizualizasiya və onun yaxşı-pis tərəfləri olacaq. Adətən bu mövzuda söz düşərkən mübahisələr yaranır. Kompyuter qrafikasının yaxşı olması və ya ziyanlı tərəfləri barədə söhbətlər danışılır. Öz fikrimi və Memarlıq qrafikası sahəsində axtarışlarım haqda söz açacağam.

11037706_10202376942223142_1435515095743276856_n

İlk əvvəl gəlin vizualizasiya haqda razılığa gələk. Əgər fikirlərimlə razı olmayan olsa məqaləyə şərh hissəsində müzakirəni davam etsək xoş olar. Ümumiyyətlə Memarlıq da digər incəsənət sahələrində olduğu kimi hər hansısa fikirlə yaranır və bu yaradanın özü üçün yox, normal halda, hər kəs üçündür. Deməli yaratdığın "nə isə" başqaları tərəfindən görülməli və ya duyulmalıdır. Məsələn, musiqiçi fikrindəki melodiyanı notlara çevirməsə onun yaradıcılığını heç kim görməyəcək və onun əsəri nə qədər gözəl olsa da yaşamayacaq. Başqa tərəfdən rəssam da öz əsərini çəkməsə, sadəcə fikrində canlandırsa yenə də onun ideyası heç kəs tərəfindən görünməyəcək və s. Eynilə Memarlıqda da bu məsələ var, məsələn, fikrində canlandırdığın layihəni əvvəlcə sifarişçiyə göstərməli və razılığa gəlməlisən ki, ideyanı reallaşdıra biləsən.

(daha&helliip;)

Ardını oxu →

MEMARLIQ – 5 yaş yubileyi

əyatımda baş verəcək ən əlamətdar günlərdən birini yaşayıram. 5 il əvvəl 2010-cü ildə bu gün ilk dəfə bloq açanda fikirləşmirdim ki, bu qədər oxucu kütləsinə sahib olaram və 5 il sonra belə ilk günkü həvəslə bloqçuluğa yanaşaram. Bu gün ilk yubileyini yaşayan Memarlıq bloqu haqda müəllif fikirlərimi bölüşəcəyəm. COVER Geridə qoyduğumuz 5 il və 120-dən çox Memarlıq haqda məqalə, ələxsus da onların Azərbaycan dilində olması qürur mənbəyimdir. Bir çox mövzulara toxunduq, çox şeylər öyrəndik, mübahisə və müzakirələr etdik. Çoxsaylı oxucular, ardı-arası kəsilməyən şərhlər, zənglər və s. göstərdi ki, bu fəaliyyəti yaşatmaq və daha da inkşaf etdirmək lazımdır. (daha&helliip;)

Ardını oxu →

Eskiz 12-ci hissə (Xatirə eskizləri)

rtıq 12-ci hissəsinə çatdığımız eskizlər silsiləsinin növbəti hissəsidə xatirə eskizlərindən bəhs edəcəyik. Eskiz anlayışı haqda uzun-uzadı danışıb bunun Memarlığı öyrənmək baxımından mühim pillə olduğuna artıq dəfələrlə toxunmuşuq. Bu bir növ Memarlığı öyrənməyə tuşlanmış metoddur. Bəs Memarlıq nəyə tuşlanmış sənətdir?

Həyata. Həyatı quran sənət sahibi, həyatı görməli və onun haqda düşünməlidir. Bəzən səhv gədən yola istiqamətverici, bəzənsə xaosdan çıxış yolunu tapmalıdır. Deməli yeni metodla eskiz çəkərkən hədəfi  Memarlığa yox, Memarlığın tuşlanmış olduğu hədəfə çevirərək, ounla birlikdə inkşaf edirk. (daha&helliip;)
Ardını oxu →